Prezident İlham Əliyev Yevlax Şəhər İcra Hakimiyyətinə pul ayırdı – Sərəncam

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb

HAKIMIYYET.Az xəbər verir ki, sərəncama əsasən, Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.