Bakıda huşunu itirən şəxsi polislər belə xilas etdi – VİDEO

Bakıda polis huşunu itirən şəxsə ilk yardım göstərib.
Oxu.Az Azərbaycan polisinin bu fədakar hərəkətini əks etdirən görüntülər əldə edib.
Kadrlardan da göründüyü kimi, özünü pis hiss edən şəxsin qəflətən ürəyi gedib, onun köməyinə yaxınlıqda olan 3 polis əməkdaşı çatıb.
Asayış keşikçiləri təcili tibbi yardım gələnə qədər həmin şəxsə kömək edərək özünə gətirə biliblər.