Azərbaycan-Rusiya sərhəddini gizli yolla keçən Azərbaycan vətəndaşlarına Dağıstanda hökm oxundu

HAKİMİYYET.AZ xəbər verir ki Dağıstan.Azərbaycan-Rusiya sərhəddini  qanunsuz yolla keçən Azərbaycan vətəndaşları Kənan Məmmədov, Xalik Azizov və Bəhruz Məhərrəmovun cinayət əməli sübuta yetirilib. Bu günlərdə onlar Məhərrəmkənd rayon məhkəməsi qarşısına çıxarılıblar. Adıçəkilən şəxslər RF Cinayət Məcəlləsinin 322 maddəsinin 3-cü bəndi(Dövlət sərhəddini saxta sənədlərlə, qanunsuz keçmə və s.) ilə təqsirli biliniblər. “Şimal xəbərləri” qəzetinin Dağıstan mətbuatından əldə etdiyi məlumata görə, məhkəmə iclasında aydın olub ki, Azərbaycan vətəndaşları Kənan Məmmədov, Xalik Azizov və Bəhruz Məhərrəmov 2016-cı ildə Azərbaycan-Rusiya sərhəddini Samur çayından keçərək Xorel kəndi istiqamətinə gəliblər. Bir neçə saatdan sonra rus sərhədçiləri tərəfindən yaxalanıblar.

Məhərrəmkənd rayon məhkəməsi Kənan Məmmədovu iki il müddətinə, Xalik Azizov və Bəhruz Məhərrəmovu cəzalarını ümumi rejimli əmək-islah koloniyasında çəkməklə bir il altı ay müddətinə azadlıqdan məhrum edib.

“Şimal xəbərləri”

HAKİMİYYET.AZ …