Şəhər meri diri-diri yandırıldı

7ed244e5-be69-4900-87ee-897e1144449b_292Qvatemalanın Konsepsyon şəhərinin sakinləri 43 yaşlı mer Bazilio Xurakananı evindən çıxararaq üzərinə benzin töküb yandırıblar.
“Report” “İbtimes.co.uk” nəşrinə istinadən xəbər verir ki, yerli vətəndaşlar şəhər merini sifarişli qətlin təşkil edilməsində, saxtakarlıq və korrupsiyada şübhəli biliblər.
Qvatemalada cinayətkarlıq səviyyəsi olduqca yüksəkdir. Statistikaya görə, cari ilin əvvəlindən 2 min 343 qətl törədilib.