Avroliqanın PÜŞKÜ atılacaq

Bu gün UEFA Avropa Liqasında yarımfinalın püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində son 4-ə qalan komandalar final yolundakı rəqiblərini tanıyacaqlar.

Mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

 

Avroliqanın yarımfinalında aşağıdakı komandalar mübarizə aparacaqlar.

 

“Ayak” (Amsterdam, Hollandiya)

“Selta” (Viqo, İspaniya)

“Lion” (Fransa)

“Mançester Yunayted” (İngiltərə)

 

Püşkatma açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.

 

Qeyd edək ki, yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Turnirin final matçı isə mayın 24-də İsveçin paytaxtı Stokholmda, “Friends Arena in Solna”da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir