İş axtaranlar DİQQƏT: Vakansiya var

UniBank insan resurslarının idarə edilməsi departamentində təcrübəçi vəzifəsinə təcrübəli işçi dəvət edir.

Fins.az-ın məlumatına görə, 20-24 yaşlarında ali təhsilli xanım namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 1-dir.

Yerləşmə: Bakı

Sektor: İnsan Resursları /Bank

Vəzifə : İnsan Resurslarının idarə edilməsi Departamentində Təcrübəçi

Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Əmək kitabçalarının yazılması və qeydiyyatının aparılması;

• Təcrübəyə qəbul prosesinin həyata keçirilməsi;

• İş yerindən arayış, əmək haqqı hesabından çıxarış, Xasiyyətnamə  və s. sənədlərin hazırlanıb rəhbərliyə imzaladılması və təhvil verilməsi;

• Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Namizədin Profili

• Ali təhsil;

• Yaş həddi 20 – 24;

• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq bacarığı;

• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;

• İR sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir;

• Ünsiyyətcil, səmimi, təşəbbüskar;

• Komandada işləmək bacarığı;

• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

• Xanım namizədlər;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İR Təcrübəçi) göstərməyiniz xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir