Roza Zərgərli gizlincə ölkədən getdi – SƏBƏB

Müğənni Roza Zərgərli Azərbaycanı tərk edib. Əldə etdiyimiz məlumata görə, müğənninin səhhətində problemlər yaşanıb. O tibbi müayinədən keçmək məqsədilə Rusiyaya yola düşüb.

Yeniçağ.az xəbəri dəqiqləşdirmək üçün R. Zərgərli ilə əlaqə saxlamağa çalışıb. Müğənninin prodüseri Anar Əliyev xəbəri təsdiqləyib:

“Roza xanım dünən Rusiyaya yola düşdü. İki həftə müddətində Rusiyada sanatoriyaların birində istirahət edəcək, həm də müayinələrdən keçəcək. Bilirsiniz ki, o, həm də aparıcı kimi fəaliyyət göstərib, eyni zamanda yaradıcılığı ilə məşğul olub – bütün bunlar təbii ki, yorucudur, sağlamlığa təsir edir. Həm də müsəlman belədir ki, dar ayaqda həkimə qaçır. Bu dəfə də səfərinin məqsədi həm istirahət etmək, həm də müayinələrdən keçməkdir. Qayıdanda işləri çox olacaq, qarşıda yeni mahnılar və 3 klip var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir