Ovçular evi ilə bağlı QƏRAR DƏYİŞDİ

“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində mədəniyyət və istirahət parkı salacaq. Həmin ərazidə heç bir tikinti işləri aparılmayacaq”.

Milli Məclisin işçiləri üçün Bakının mərkəzində “qırğın” başladı – VİDEO, FOTOLAR

Bunu İstiPress-ə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev  bildirib. O qeyd edib ki, artıq söküntü işləri yekunlaşıb. Toplanan tullantıların ərazidən uzaqlaşdırılması həyata keçirilir. Bundan sonra isə park salınacaq. Parkın yayın sonuna kimi istifadəyə veriləcəyi gözlənilir. İşlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

İlham Əliyev İstiPress-in qabartdığı məsələyə qarışdı (FOTO)

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə ərazidə yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir