Bakıda 245 bina söküləcək

Prezidentin tapşırığı icra olunur

Bakıda qarşıdakı 5 ildə  245 bina söküləcək. İstipress-in məlumatına görə, bunu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “İnşaatçı” qəzetinə (qurumun rəsmi nəşri – red.) müsahibəsində bildirib.

Qurum rəsmisi bildirib ki, Prezidentin müvafiq tapşırığına əsasən Dövlət Komitəsi Bakı şəhərinin müvafiq rayonlarının ərazisində köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi prosesinə start verilib. Qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə müvafiq rayon icra hakimiyyətləri tərəfindən təqdim olunan ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin razılaşdırılmasını həyata keçirir: “Qeyd olunan qərarın qəbulundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılıb. Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 milyon kvadratmetr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25000 mənzil deməkdir. Artıq real olaraq söküntü işlərinə və əhalinin köçürülməsinə başlanılmışdır. Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir. 5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bugünkü templə davam edərsə, uğurla həyata keçiriləcək.”- deyə Komitə sədri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir