Britaniya ordusu Qarabağı necə “satdı”?

İngilislərin bu gün də regionda xüsusi maraqları var

Böyük Britaniyanın Birinci dünya müharibəsindən və Rusiyada 1917-ci ildə baş vermiş iki inqilabdan sonra Cənubi Qafqazdakı proseslərə yaxından təsiri olub.

İstiPress-in məlumatına görə, bu barədə Britaniyada Kral şərqşunaslıq cəmiyyətinin həqiqi üzvü, tarix elmləri doktoru Mixail Basxanov “Vestnik Kavkaza” saytına müsahibəsində danışıb.

Britaniyanın bu gün də Cənubi Qafqazda xüsusi maraqlarının olduğunu qeyd edən M.Basxanov ingilis qoşunlarının 1919-cu ildə Qafqazdan çıxarılmasının regiondakı proseslərə yaxından təsir etdiyini deyib.

“Qafqazda müstəqil respublikalar qurularkən Böyük Britaniya regionda baş verən hadisələrdə xüsusi, mühüm rol oynayıb. Halbuki Fransa və İtaliya kimi ölkələr də regionda vacib oyunçular olub. Ona görə də biz nəhəng dövlətlərin birliyi barədə Qızıl ordunun Cənubi Qafqazda peyda olmasına qədər dövründən danışmalıyıq. O vaxt Britaniya Cənubi Qafqazla bağlı xarici siyasətini kəskin dəyişdi, qoşunlar region tərk etdi. Həmin dövrdə Azərbaycanın müstəqilliyini elan etməsi Qafqazda açar rolunu oynayırdı”, – deyə Mixail Basxanov bildirib.

Onun sözlərinə görə, Britaniya qoşunları Dağlıq Qarabağ münaqişəsində müsbət rol oynayıb.

Bakıya tərəf hərəkət edən Britaniya əsgərləri

Bakıya tərəf hərəkət edən Britaniya əsgərləri

“Məhz Britaniya münaqişənin başlanğıcında siyasi məsuliyyəti tamamilə öz üzərinə götürmüşdü. Birinci dünya müharibəsindən əvvəl münaqişəli vəziyyət Türkiyədə yaranmışdısa, müharibədən sonra Cənubi Qafqazın daxili rayonlarında müşahidə edilməyə başladı. Təbii ki, Britaniya rəhbərliyində Azərbaycan, gürcü və ermənilərə tərəf olan siyasətçi yox idi, Britaniyanın maraqları birinci şərt idi. Lakin erməni millətçilər tərəfindən bölgədə stabilliyin pozulması üçün işlər görülməyə başlandı. Lakin Britaniya buna sərt reaksiya verdi. İngilislər əllərindən gələni edirdilər ki, regionda sabitlik pozulmasın və bölgənin türk əhalisinə qarşı aqressiya dayandırılsın. Buna Britaniyanın arxiv sənədlərində də rast gələ bilərsiniz. Britaniyanın yüksək rütbəli hərbçiləri ermənilərə dəfələrlə xəbərdarlıq ediblər ki, aqressiv hərəkətlərini dayandırmasalar ciddi tədbirlər görüləcək”, – deyə Mixail Basxanov əlavə edib.

Lakin Mixail Basxanovun da dediyi kimi, Qızıl ordu Cənubi Qafqaza gəldikdən sonra Britaniya ordusu regiondan geri çəkildi. Tarix elmləri doktoru ingilislərin bölgəni tərk edərək ruslara həvalə etməsinin səbəblərini açıqlamasa da tarixdən də görünür ki, ruslar Cənubi Qafqazda ermənilərə hər cür dəstək verib.

Azərbaycana köməyə gələn Türkiyə hərbçiləri Bakıda

Azərbaycana köməyə gələn Türkiyə hərbçiləri Bakıda

1918-1920-ci illərdə Azərbaycan və Ermənistan arasında müharibə baş verib. Faktiki olaraq, iki ölkənin müstəqilliyinin qısa müddəti ərzində – 1918-ci və 1920-ci ildə iki Azərbaycan-Ermənistan müharibəsi baş verib.

Regionun ərazisində Osmanlı və Britaniya imperiyaları iştirak edirdi: Osmanlı İmperiyası Mudros müqaviləsindən sonra regionu tərk etsə də, Britaniyanın təsiri, xüsusilə Densterfors qüvvələri 1920-ci ilə qədər davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir