"ShamkirChess 2017" canlı yayımlanacaq

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2017” turnirində bütün partiyalar canlı yayımlanacaq.

Turnirin rəsmi saytı vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.

Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev eləcə də qrossmeyster İqor Henkin şərh edəcək.

Onlayn rejimdə partiyalarla yanaşı şahmatçıların mətbuat konfransları da göstəriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində