Türkiyədə atışma:

Terrorçular Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda əməliyyat aparan hərbçilərə atəş açıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, atışmadan sonra silahlılar dərhal meşəlik əraziyə qaçıblar. Hazırda onların tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

Terrorçuların 4 nəfər olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində