Tarkan Bakıya gəlir

Bakıda keçiriləcək növbəti “Formula-1” yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək: 

“Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək”.

N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı 10 gün ərzində açıqlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində