Venesuelada etirazlar davam edir:

Venesuelanın paytaxtı Karakasda etirazlar davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, etirazlar zamanı bir nəfər ölüb.

Sukre ştatının bələdiyyə rəhbəri Miranda Karlos Okaris “Tvitter” səhifəsində yazıb ki, həmin şəxs bu gecə etiraz zamanı güllə yarasından həlak olub: “Günahkarların cəzalandırılmasını tələb edirik”.

Qeyd edək ki, aprelin 4-dən Venesuelada kütləvi etirazlar başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində