"Qalatasaray" "Barselona"nın oyunçusu ilə maraqlanır

Xavyer Maskerano mövsümün sonunda “Barselona”dan getmək barədə düşünmür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı müdafiəçi klub rəhbərliyindən ona görə ediləcək təklifləri nəzərdən keçirməməyi xahiş edib. Bununla yanaşı, Maskeranonun növbəti mövsüm ehtiyat futbolçuya çevrilməsi də istisna deyil. Belə ki, baş məşqçi dəyişikliyi reallaşacaq “Barselona”da heyət islahatı aparılacaq. Komandaya daha bir mərkəz müdafiəçisinin gətirilməsi mümkündür. “Barselona” ilə müqaviləsi 2019-cu ildə başa çatacaq Maskerano ilə “Qalatasaray” da maraqlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir