CAR-da məktəbliləri aparan avtobus yük avtomobili ilə toqquşdu –

Cənubi Afrika Respublikasında məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtdan 70 kilometr məsafədə baş verib.

Yerli rəsmilərin bildirdiyinə görə, toqquşmadan sonra avtobus yanmağa başlayıb və uşaqlar avtomobildən çıxa bilməyiblər. Hələlik 20 məktəblinin həlak olduğu dəqiqləşib. Çoxlu sayda uşaq xəstəxanaya yerləşdirilib. Alovu söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Milli.Az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir