Şok: Ölkədə vəzifəli şəxslərin həbs dalğası başlana bilər – 7 il cəza

Azərbaycanda kütləvi həbslər başlana bilər

Ulus.Az xəbər verir ki, ölkədə vəzifəli şəxslərin həbsi dalğası mümkündür.

Belə ki, işinə səhlənkar yanaşan vəzifəli şəxslərin ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 7 ilədək müddətə azadlıqdan məhrum edilməsi təklif edilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Hazırda səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə şəxs 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi təklif edilir.

2016-cı ildə keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb.

Habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb.

Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub.

2016-cı ildə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib.

Habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.