Alman klubları üçün uğursuz mövsüm

Avropa Liqasının 1/4 final mərhələsində keçirilən cavab oyunlarında “Şalke” səfərdə 0:2 məğlub olduğu “Ayaks”ı qəbul edib. Əlavə vaxtda vurulan qolla 3:0 önə keçən Qelzenkirxen klubu 10 nəfərlə qalan rəqibin önündə üstünlüyünü qoruya bilməyib. 2 dəfə fərqlənən Amsterdam təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bundan öncə Çempionlar Liqasında “Bavariya” və “Borussiya Dortmund” da mübarizəni dayandırmışdı. Beləliklə, son 12 ildə ilk dəfə olaraq heç bir alman klubu Avrokuboklarda yarımfinala çıxmayıb. Sonuncu dəfə bu hal 2004/05 mövsümündə müşahidə olunmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir