"Volkswagen" 2,8 milyard dollar cərimə edilib

ABŞ-ın Detroyt şəhərində (Miçiqan ştatı) federal hakim “Volkswagen” avtomobil şirkətini 2,8 milyard dollar cərimə edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, cərimənin səbəbi avtomobillərdə ABŞ-ın sərt ekoloji normalarını yan keçməyə imkan verən proqram təminatı olub.

Məlumatda deyilir ki, avtomobil şirkəti 2,8 milyardlıq cərimədən başqa, “dizel qalmaqalı” nəticəsində zərər çəkmiş avtomobil sahiblərinə 11 milyard dollar məbləğində kompensasiya ödəməlidir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir