Emeri adının "Roma" ilə hallanmasına münasibət bildirib

“Corriere dello Sport” Unay Emerinin “Roma” ilə 3 illik müqavilə imzalayacağını yazır. PSG-nin baş məşqçisi bu söz-söhbətlərə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis növbəti il də postunda qalacağını qeyd edib.

“Rəhbərlik mənə çətin vaxtlarda dəstək oldu, onların etimadını doğrultmaq istəyirəm. Başqa kluba getməyə hazırlaşmıram. “Roma” ilə müqavilə imzalamamışam” – Emeri deyib. Onun parislilərlə müqaviləsi 2018-ci ildə başa çatır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir