Səhər-səhər dondurma yesəniz…

Yay mövsümünün vazkeçilməzi olan dondurmanın maraqlı bir faydası üzə çıxıb.

Milli.Az bildirir ki, Yaponiyanın Tokio Universitetinin alimləri deyirlər ki, dondurma insan orqanizmi üçün çox xeyirli ola bilər, xüsusən də səhər vaxtı yeyilərsə. Səhər yeyilən dondurma insanın əqli fəaliyyətini artırır, beyinin alfa-dalğalarını tənzimləyir. Alfa-dalğaları beyinin arxa hissəsindəki görməyə cavabdeh olan nahiyədə baş verir. Bu dalğalar daha çox gözləri yumanda və ya qaranlıq məkanda fəallaşır.

Alimlər könüllü tələbələr üzərində təcrübə aparıblar. Səhər dondurma yeyən tələbələrin dərketmə, yeni informasiyanı mənimsəmə və diqqət cəmləməsində yaxşılaşma hiss olunub. Səhər yeməyi əvəzinə dondurma yeyənlər verilən tapşırıqların öhdəsindən daha yaxşı gəliblər, həm də gümrahlığı ilə digərlərindən seçiliblər. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir