Türkiyədə PKK-çılarla atışmada bir əsgər ölüb, daha biri yaralanıb

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri  ilə PKK terrorçuları arasında baş verən atışmada 1 əsgər şəhid olub, daha 1-i yaralanıb  

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaralı əsgər Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Vilayətin Bestler-Dereler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində 29 terrorçu məhv edilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Şırnakın Uludərə bölgəsində terrorçularla qarşıdurmada 2 əsgər şəhid olub, daha 2-si yaralanmışdı. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir