Bakıda «OKA» yerüstü piyada keçidinin sütununa çırpılıb, ölən və yaralanan var

Bakının Xətai rayonu, Nobel prospektində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, «OKA» markalı avtomobil yoldan çıxaraq yerüstü piyada keçidinin sütununa çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlu və sərnişini, 37 yaşlı Abbasova Alidə Abbas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Sürücü F. Qarayev xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir