Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun – M Ə L U M A T I

Bakı şəhər prokurorluğundan KORRUPSİYA.AZ -a rəsmən verilən  məlumata əsasən mayın 15-də 1986-cıil təvəllüdlü Şərifova Susana Şakirqızının Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsiiləcinayətişibaşlanmışdır.

İstintaqla Baxşiyev ƏbülfəsYusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı vəmaddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyübişgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqlaonu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilmişdir.

Ə.Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrəzəruri istintaq tədbirləri davam etdirilir.

HAKİMİYYET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir