Laçın rayon Təhsil Şöbəsində yoxlama-ciddi maliyyə pozuntuları, rüşvətxorluq ,özbaşınalıq.

HAKİMİYYET.AZ istinadla xəbər verir ki , KORRUPSİYA.AZ-ın redaksiyasına Laçın rayonunun Təhsil şobəsilə baglı şikayət məktubu daxil olub.Həmin şikayəti nəzərinizə çatdırırıq:

Azərbaycan Respubilkasının Prezidenti

İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının birinci

vitse-prezidenti Mehriban Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri
Samir Şərifov cənablarına

Surəti:  Baş prokuroru yanında Korrupsiyaya qarşı  

              Mübarizə Baş İdarəsinin Rəisi

Kamran Əliyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış  Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Cənab Prezident bildirirəm ki,Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi üç aydır kı, Laçın rayon Təhsil Şöbəsində 12 ilin maliyyə yoxlamalarını apararkən  ciddi maliyyə pozuntularına yol  verildiyi aşkarlanıb.

LRTŞ-inin tabeliyində olan məktəblərin 90 faizində elmi dərnəklərin və fakultativ məşğələlərin jurnaları ümumiyyətlə yoxdur, bu dərs saatları tədris olunmayıb. Formal olaraq məktəb direktorları müəllimlərin adına yazaraq əməkhaqqı cədvələrində bu saatların tədrisi üçün ayrılan vəsait məimsənilib.

  Rayonun ümumtəhsil məktəblərində işləyən texniki işcilərin  mütləq əksəriyyətinin əməkhaqqı kartları özlərində olmadığı və hansı işdə işlədiklərini bilmədikləri ortaya çıxıb.Hətta çoxunun faktiqi yaşayış yeri adı işci kim getdiyi  məktəbin yerləşdiyi ərazidə deyil.

Dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30%-də təhsil şöbəsinin müəyyən etdiyi miqdarda rüşvəti verməklə bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edildiyi aşkarlanıb.

Təhsil şöbəsində 100-dən çox sağlam şagird məktəbə gələ-gələ saxta sənədlər düzəldərək evdə təhsilə cəlb etmək adı altında fərdi dərs saatları ayırmaqla hər ay alınan vəsait mənimsənilib.

ümumtəhsil məktəblərində sinif komplektlərini normadan artıq saxlanılması üçün 10-11-ci sinif şagirdləri məktəbə gəlməyə-gəlməyə davamiyyət yazılıb.Yoxlama zamanı məlum  olub ki, bu şagirdlərin heç birinin yoxlama yazı işi yoxdur, yəni məktbə gəlməyiblər.

KORRUPSİYA.AZ -ın məlumatına gorə,  Bakı şəhərində yaşayan və adına təhsil şöbəsinin Ağcabədi rayon Taxta Körpü ərazisində yerləşən məktəblərində 24-36 saat dərs olan bir neçə müəllimin olduğu və dərs jurnalarını özlərinin yazmadığı aşkar olub. Bu müəllimlər özəl müəssələrdə çalışır sadəcə pedoqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olublar.

Məktəblərin zəruri və əsaslı təmir bərpa  işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, məktəblərə istilik sistemlərinin alinmasına, avadanlıqların satın alınmasına  və digər xərclər üçün ayrılmış vəsaitın təyinatı üzrə xərclənmədiyi ortaya çıxıb.Yoxlamalar zamanı yüzdən çox bele qanun pozuntusuna yol verildiyi aşkar olub.

KORRUPSİYA.AZ -ın məlumatına gorə , 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərlik etdiyi yoxlama komissiyası LRTŞ-nin tabeliyində olan 111 orta məktəbdən 70-dən çoxunun hər birinə 100 000 manatdan çox cərimə yazıb. Lakin bu hələ Ədalət Nəbiyevin şəxsi dəftərindədi(rəsmiləşdirilmir).

Aşkarlanmış bu maliyyə pozuntuları  heç də qabardılmır əksinə 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirmək üçün rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri  yol verilmiş maliyyə pozuntularına düzəliş etməyə başlayıblar.

Bir neçə məktəbdə yol verilmiş maliyyə pozuntularına düzəliş etməy mümkün olmadığından Ə.Nəbiyev LRTŞ-nin müdri Nicat Həsənova tapşırıq verərək həmin  məktəblərin arxivlərini müxtəlif yolarla yox etməyi məsləhət görüb.

 

Cənab Prezident sizin göstərişiniz  əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa yazdığım faktlar təsdiqin tapar. Tapmadığı halda qanun qarşısında cavab verməyə hazıram.Korrupsiya.az olaraq qarşı tərəfin də fikrini dinləməya hazırıq.

Hakimiyyet.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir