Güləşçimiz İslamiadanı gümüş medalla başa vurdu

65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Məhəmməd Müslümov həlledici görüşdə iranlı Meysam Nasiri ilə üz-üzə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gərgin keçən qarşılaşma M.Nasirinin qələbəsi ilə başa çatıb – 3:5.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir