Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimində iştirak edib

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir