Bərdədə kanalizasiya quyusu partladı –

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.

Hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir