Prezidentin tapşırığından kimlər sui-istifadə edir?

Prezidentin tapşırığından kimlər sui-istifadə edir? “Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlmaları istisna olunmaqla, digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi prezident tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da, təəəsüf ki, sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar” Bu sözləri İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Azər Sərdarov deyib. Ekspertin sözlərinə görə, son dövrlər mağazalarda vaxti keçmiş malların sayının artması müşahidə edilir: Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də istehlakçılar məhsul alan zaman diqqətli olmalıdır. Ərzaq məhsulları alan zaman həmin məhsulun istifadə vaxtına diqqət yetirmək lazımdır”. A.Sərdarov onu da bildirib ki, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.

 HAKİMİYYET.AZ
Введите сообщение…
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir