Bakıda dostuna qarşı quldurluq edən şəxs tutuldu – VİDEO

Bakıda qulduruluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az bildirir ki, Bakı şəhər sakini Rafiq Məmmədov Nizami rayon polis idarəsi 24-cü polis bölməsinə müraciət edərək aprelin 25-də evinə gələn Cahangir adlı tanışının onu döyməsini və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və sənədləri olan gödəkçəsini aparmasını bildirib.

Daxil olan şikayət əsasinda polis əməliyyat-axtariş tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edərək saxlayib. O, ifadəsi zamanı hadisə günü zərərçəkənlə birlikdə yeyib-içdikdən sonra qeyd edilən cinayət hadisəsini törətdiyini etiraf edib. Qeyd edilən faktla bağli Nizami rayon polis idarəsində cinayət işi başlanıb. /xezerxeber.az

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:
Bakıda dostuna qarşı quldurluq edən şəxs tutuldu

Bakıda dostuna qarşı quldurluq edən şəxs tutuldu - 1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir