Diş məcunu ilə hamiləliyi müəyyənləşdir –

İnternetdə qadınlar arasında yeni hamiləlik testi yayılıb. Belə ki, qadınlar hamilə olub-olmadıqlarını anlamaq üçün adi diş məcunundan istifadə edir.

Milli.Az ailem.az-a istinadən bildirir ki, bu testin dəqiq olduğunu təsdiqləyən elmi sübut yoxdur. Amma sınayan xanımlar testin düz çıxdığını deyirlər.

Hətta bəzi qadınlar hamiləlik testlərini internetdə belə, paylaşırlar.

 

Bu üsul həqiqətən də işə yarayacaq, ya yox dəqiq deyə bilmirik, amma əyləncə üçün sınamağa dəyər. Necə deyərlər, fala inanma, faldan da qalma.

 

Test necə edilir?

 

Bir kiçik qaba bol miqdarda diş məcunu tökün. Sonra üzərinə bir neçə damcı sidik əlavə edin.

Hamiləsinizsə, diş pastasının rəngi dəyişəcək və hətta köpüklənəcək. Hamilə deyilsinizsə, diş pastasının rəngi olduğu kimi qalacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir