İtirdiyi 1000 lirəni tapan qadın dəli oldu

Türkiyənin Çorlu bölgəsində yaşayan 56 yaşlı qadın 2009-cu ildə yaşadığı evdən köçüb. Yeni evində gizlətdiyi 1000 lirənin yerini unudan 56 yaşlı qadın nəhayət ki, pulları tapıb.

Milli.Az xəbər verir ki, 56 yaşlı Rəsmiyyə Kocaman evdə gizlətdiyi pulları tapsa da, artıq onların bir önəmi qalmayıb. Banka müraciət edərək dövriyyədən çıxmış pullarının qarşılığını almaq istəyən qadın qarşılaşdığı vəziyyətə görə dəli olub.

Bütün səylərinə baxmayaraq, kompensasiyanı ala bilməyən qadının psixologiyası ciddi şəkildə zədələnib.

Pul görəndə qeyri-ixtiyari əsməyə başlayan qadın müalicə almaq üçün köməl istəyib:

“Bu pullara o vaxt bir ev almaq olardı. Mən özümü yaxşı hiss etmirəm. Bu hadisə səbəbindən sağlamlığımı itirdim. Pul görəndə titrəmə tutur. Nəfəs ala bilmirəm. Bir ev alsam, kifayətdir. Prezidentdən mənə kömək etməsini istəyirəm”. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir