Bakıda avtomobil yanıb

Bakının Səbail rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq şinləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir