"Mançester Yunayted"də mövsümün futbolçusu müəyyənləşib

“Mançester Yunayted”in 2016/17 mövsümündə ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermədə Ander Errera hamını qabaqlayıb. İspaniyalı yarımmüdafiəçi Mett Bazbi mükafatına sahib çıxıb. O, ən yaxın iləyicisi Antonio Valensiyanı 242 səslə geridə qoyub. İlk üçlükdə Zlatan İbrahimoviç də yer alıb. Bu mövsüm Premyer Liqada 31 oyuna çıxan Errera 1 qol, 6 məhsuldar ötürmənin müəllifi olub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir