Avtomobil 24 yaşlı oğlanı vurub

Gəncədə piyadanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Şəhərin Şahsevənlər küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Xəlilov İlkin Elçin oğlu yolu keçərkən avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan gənc Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir