"Mən həyatın hər üzünü görmüşəm…" – FOTO

“Evlat kokusu” serialında baş rollardan birini canlandıran aktrisa Yeşim Salkım sənətini tərk edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 51 yaşlı aktrisa gələn il təqaüdə çıxacağını və uzun illərdir yaşadığı İstanbulu tərk edib Bodruma gedəcəyini bildirib.

Yeşim Bodrumda anası və qızı ilə qalacağını söyləyib:

“Bəlli bir yaşa gəldikdə insan təqaüdə çıxmağı da bacarmalıdır. Mən həyatın hər üzünü görmüşəm, varlığı da, yoxluğu da. Əslində kənd qızıyam. Kitabımı yazıb qurtarım, qızımı və anamı da götürüb Bodruma köçəcəm”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir