İbrahimoviç "MY"nin tədbirinə qatılmadı

Dünən “Mançester Yunayted” klubun bu mövsüm üçün ən yaxşı futbolçularının mükafatlandırma mərasimini keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mərasimdə “MY”nin demək olar bütün futbolçuları iştirak edib. Zlatan İbrahimoviç isə tədbirə qatılmayıb.

Qeyd edək ki, bu həftə ayağından əməliyyat olunan isveçli oyunçu ABŞ-dan birbaşa vətəninə qayıdıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir