Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar var

Almaniyanın şərqində sərnişin qatarı relsdən çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində xəsarət alanlar var. Onların dəqiq sayı barədə hələ ki, məlumat verilmir.

Qəza Ştadtrod yaşayış məntəqəsində qeydə alınıb. İlkin versiyaya əsasən, qəzaya pis hava şəraiti səbəb olub. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir