Dərini gözəlləşdirir, həzmi asanlaşdırır

Milli.Az axşam.az-a istinadən kökün və onun şirəsinin inanılmaz faydalarını təqdim edir:

1. Kök təbii A vitamini mənbəyi olduğu üçün göz sağlamlığını qoruyur, görmə gücünü artırır.

2. Sümük pozuqluqları və osteoparoza (sümük boşluğu) qarşı təsirlidir.

3. Dərini canlandırır, gözəlləşdirir.

4. Qaraciyərin funksiyasının yaxşılaşdırılmasında və həzm sistemi üzərində olduqca təsirlidir. Tərkibində olan E vitamini xərçəng riskini azaldır.

5. Kök suyu içərək yaş ilə əlaqədar yaranan ağrı və sızıları azalda bilərsiniz.

6.  Arıqlamaqda və kilonu sabit saxlamaqda olduqca təsirlidir. Yemək arasında 1-2 kiçik kök yemək və yaxud suyunu içmək insanda toxluq hissi yaradır.

7. Xolesterola və yüksək təzyiqə qarşı mübarizə aparır. Öd kisəsi və qaraciyər üçün çox təsirlidir.Yağlanmanı azaldır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir