"Qovulsam, yerimə Cerrard keçsin"

“Liverpul”un baş məşqçisi Yurgen  Klopp komandanın sabiq kapitanı Stiven Cerrard haqqında maraqlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatına danışan 49 yaşlı çalşdırıcı özündən sonra baş məşqçi vəzifəsinə Cerrardın gəlməsini istəyir:

“O, tarixin ən yaxşı futbolçularından biridir. Cerrardla tez-tez ünsiyyətdə oluruq. Söhbətlərimizin birində ona dedim ki, “Liverpul”dan qovulsam, mənim yerimə keç”.

Qeyd edək ki, S. Cerrard yetirməsi olduğu “Liverpul”un U-18 komandasının baş məşqçisidir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir