"Napoli" ikinci "Hiquain əhvalatı" istəmir

“Napoli” belçikalı yarımmüdafiəçi Dris Mertenslə müqavilənin müddətini 2021-ci ilə kimi uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun buraxılış qiyməti 28 milyon avro müəyyən edilib.Amma buraxılış qiyməti yalnız qeyriitalyan klubları üçün aktivdir. Belə görünür ki, Neapol klubu ikinci Qonzalo Hiquain hadisəsini yaşamaq istəmir. “Yuventus” argentinalı forvardın buraxılış qiymətini ödəməklə onu heyətə cəlb etmişdi. Eyni zamanda Mertensin müqaviləsindəki bu bənd 2018-ci ilin yayına kimi qüvvədədir.  

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir