“WannaCry” 74 ölkənin sistemini iflic edib

“Kasperski Laboratoriyası”nın əməkdaşları kibercinayətkarların genişmiqyaslı hücumu ilə bağlı öz fikirlərini bildiriblər. Xatırladaq ki, hakerlər mayın 12-də dünyanın 74 ölkəsində sistemlərə müdaxilə məqsədilə “WannaCry” virusundan istifadə ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər bildiriblər ki, hakerlər kompüterlərə müdaxilə üçün “Security Bulletin MS17-010” sistemində aşkar edilmiş boşluqdan istifadə ediblər. Sistemi müdafiə etmək üçün “Microsoft” tərəfindən buraxılmış yeniləmə paketindən istifadə etmək lazım idi. Kompüterlərə giriş əldə edən kibercinayətkarlar faylları blokdan çıxarmaq üçün pul tələb ediblər. İstifadəçidən pulu izlənməyən bitkoin hesaba köçürmək tələb edilib, əks təqdirdə istifadəçinin kompüterində saxlanılan bütün informasiya silinir.

Genişmiqyaslı hücum nəticəsində Böyük Britaniyada tibb müəssisələrinə böyük zərər dəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir