Bakıda Hindistanın milli bayramı qeyd edildi – FOTO

23:37


Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.

Səfir Sanjay Rana ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. O bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da inkişaf edəcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir bildirib ki, ölkələrimiz arasındakı münasibətlər hər iki xalqın rifahı naminə sürətlə inkişaf edir. O, əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün Azərbaycanın bütün ölkələrlə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan Hindistan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində