Deputat xəbəri təsdiqlədi: 2 aya müavinətlər arta bilər .

“Görək 1-2 aydan sonra vəziyyət necə olur, ona uyğun qərar veriləcək”

Bunu Politika.Az-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məcburi köçkünlərin vahid aylıq müavinətinin artırılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev istənilən vaxt müavinətlərin artırılmasına göstəriş verə bilər: “Bu barədə mətbuatdan oxumuşam. Dövlət başçısının göstərişinə uyğun olaraq, vahid aylıq müavinət 36 manat təyin edilib.

Amma bu məsələyə istənilən vaxt baxıla bilər. İndi görək ödəmələr necə həyata keçiriləcək, ondan sonra problem yaranarsa, cənab prezident yenidən bu məsələyə baxa bilər”.

Deputatın sözlərinə görə, yaxın vaxtlarda müavinətlərin artırılması istisna edilmir: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də bu müzakirələr gedəndə də bu məsələyə toxunulub.

Hələlik konkret qərar yoxdur, amma görək 1-2 aydan sonra vəziyyət necə olur, ona uyğun qərar veriləcək. Bütün bunlkardan başqa, istənilən vaxt dövlət başçısı bu məsələyə baxa bilər”.

Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmana düzəliş oluna bilər

Bu barədə Politika.Az-ın əldə etdiyi məlumatda deyilirdi ki, köçkünlərə veriləcək müavinətin məbləği artırıla bilər.

Məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq və onlara dövlət qayğısını artırmaq istiqamətində addımlar atılacağı bildirilir. Məlumata görə, bu il müavinətlərin məbləğinin 36 manatdan yuxarı olacağı gözlənilir.

Politika.Az xatırladır ki, Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmana düzəliş oluna bilər.

Məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq və onlara dövlət qayğısını artırmaq istiqamətində addımlar atılacağı bildirilir. Məlumata görə, bu il müavinətlərin məbləğinin 40-42 manata çatdırılması gözlənilir.

1 şərh