Əfsanəvi rok ifaçısı vəfat etdi

23:48


Böyük Britaniyalı musiqiçi, əfsanəvi rok ifaçısı Con Uetton 68 yaşında dünyasını dəyişib.

 

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,bu barədə musiqiçinin rəsmi saytında məlumat yerləşdirilib.

Vokal, gitara ifaçısı, bir çox mahnıların müəllifi Con Uetton xərçəng xəstəliyi ilə uzunsürən mübarizədən sonra dünyasını dəyişib.

 

70-ci illərdə “King Crimson” qrupu ilə məşhurlaşan Uetton “Roxy Music”, “Uriah Heep” kimi qruplarda çıxış edib.1980-ci ildə isə “Caught In the Crossfire” ilk solo albomu çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində