«Doyçe Bank» Rusiyadan 10 milyard dollar çıxardıb! – 630 milyon dollar cərimə ödəyəcək

HAKİMİYYET.AZ Rusiya KİV-ə istinadla xəbər verir ki, «Doyçe Bank» qeyri-leqal sxem üzrə Rusiyadan 10 milyard dollar vəsaiti çıxardığına görə, 630 milyon dollar cərimə ödəyəcək.
Almaniyanın nəhəng maliyyə təşkilatı Nyu-Yorkun maliyyə xidməti Departamenti ilə razılaşma imzalayıb. Requlyatorun məlumatında deyilir ki, pullar Rusiyadan necə deyərlər, bankın Nyu-York, Moskva və London ofisləri ilə bağlanmış «güzgü sövdəsi»nin köməyi ilə qeyri-leqal formada çıxarılıb. Bu sxemə 12 şirkət cəlb olunub.
«BBC»-nin verdiyi xəbərə görə, sövdələrin heç biri iqtisadi məqsədyönlülük əlamətlərinə malik deyil.
Ötən ilin dekabrında Rusiya Bankı «Doyçe Bank»ı, Moskva ofisində daxili nəzarət qaydalarını pozduğuna görə, 300 min rubl cərimələmişdi.