Amenoreyanın kliniki mənzərəsi

23:54


Amenoreya hipotalamus və hipofiz səbəbli baş verdikdə qadınlarda maddələr mübadiləsi pozğunluqları müşahidə edir.Bu pozulmalara aiddir:

* hirsutizm(tüklənmə)

* piylənmə

* vegetativ damar pozğunluğu(hipotoniya,hipertoiya)

* akromeqoliya

* qiqantizm

Milli.Az immunitet.az-a istinadən bildirir ki, hipootalamus səbəbli baş verən amenoreya əlverişsiz faktorların mərkəzi sinir sisteminə təsiri nəticəsində meydana çıxır.Amenoreyanın bu forması ağır psixi zədələnmələrə və psixi xəstəliklərlə əlaqədar ola bilir.Bu xəstəliklər hipotalamus mərkəzinin aktivliyini dəyişir və aybaşı tsiklinin nizamlanmasını pozur.

Amenoreyanın baş verməsinə həddindən artıq fiziki və psixi gərginliklərin də təsiri böyükdür..

Bəzən amenoreyanın baş verməsinə angina,vərəm,revmatizm kimi infeksion xəstəliklər də səbəb ola bilir.

Amenoreyanın baş verməsinə cinsiyyət üzvlərinin hipotrofiyası,doğuşdan sonra baş verən böyük qanaxmalar zamanı böyrəküstü vəzin qabıq maddəsinin pozulması da səbəb ola bilir.

Amenoreyanın diaqnozu toplanmış anamnezlərin sayəsində təsdiqlənir.

Müalicə amenoreyanın baş verməsinə səbəb olan zədələnmənin dərəcəsinə uyğun olaraq aparılır.Müalicə zamanı amenoreyanı əmələ gətirən səbəbin aradan qaldırılması istiqamətində aparılır.Əlavə olaraq xəstəyə sedativ müalicə,fizioterapiya və vitaminoterapiya məsləhət görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində