Çin Milli Azadlıq Ordusu: “ABŞ-la müharibə qaçılmazdır”

Çinin yüksək hərbi dairələri Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibəni qaçılmaz hesab edir.

Bu barədə «Focus» Çinin «South China Morning Post» qəzetinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, bu yaxınlarda Çin Milli Azadlıq Ordusu öz rəsmi saytında diqqətçəkən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, hazırkı ABŞ prezidentinin rəhbərliyi dövründə müharibə qaçılmazdır.

Bəyanat müəllifləri Çin qoşunlarını Şərqi Çin və Cənubi Çin dənizinə göndərməyi tövsiyə edib. Həmçinin ABŞ-ı məlum regionla bağlı strategiyasını yenidən gözdən keçirməyə çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar və Çin uzun illərdir ki, Cənubi Çin dənizi uğrunda mübahisə aparır.

Dənizə həm ABŞ, həm Çin, həm də yaxın dövlətlər iddia edir. Və azad dəniz yolunun saxlanılmasını tələb edirlər.
Pekini narahat edən əsas məsələ isə Trampın «vahid Çin» siyasətindən imtina edə biləcəyidir.

Elə iki ölkə arasındakı münasibətlər də Donald Trampın Tayvan lideri Tsay İvendən gələn təbrik zəngini cavablandırmasından sonra gərginləşdi.

Zəngə cavab verməklə və İveni Tayvanın lideri yox, məhz prezidenti adlandırmaqla Tramp Çinin qəzəbinə tuş gəldi.

Tsay İven Tayvanın müstəqil dövlət kimi tanınmasına tərəfdardır, Çin isə bu ölkəni öz ərazisi sayır.

«Pekinin «Vahid Çin» siyəsətini başa düşürəm. Başa düşmədiyim odur ki, Çinlə ticari və başqa məsələlərlə bağlı razılığa gəlmədən biz bu siyasətə niyə bağlı olmalıyıq?”», deyə Tramp məsələ bağlı mövqeyini açıqlayarkən bildirmişdi.(azadliq.info)