Mədət Quliyev KVN-çilərlə bir arada – FOTO

23:58


Bu gün Nizami Kino Mərkəzində “Ağanatiq” filminin təqdimat mərasimi keçirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, mərasimdə ictimaiyyətin və sənət dünyasının tanınmış simaları iştirak edib. Onlar arasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev də olub. O tədbirə olimpiya çempionu Elnur Məmmədli ilə birgə qatılıb.

Qeyd edək ki, əməkdar artist Cabir İmanovun ekran həyatı verdiyi filmdə Tahir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə və başqaları rol alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində