Prezidentdən növbəti şok addım: Əhmədzadənin və Natiq Əliyevin nazirliyini ləğv edir – Təcili

Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi struktur islahatlarını aktuallaşdırdı

Hökumət qənaət rejiminə keçdiyi üçün bir-birini təkrarlayan və lazımsız qurumları ləğv etməyə hazırlaşır.

Bu barədə Politika.Az-ın yaydığı məlumata görə, stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyli dərəcə də şəffaf menecment deməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər reallaşa bilər.

CESD «Azərsu», Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını təklif edir.

Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edilir.

Hakim dairələrdə gedən müzakirələrə görə, bu nazirliyin fəaliyyəti həm büdcəyə israfçılıqdır, həm faydalılıq əmsalı aşağıdır, həm də SOCAR-ın tabeliyində fəaliyyət göstərməsi daha münasibdir.

İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, “İstilik enerji istehsalat” MMC bir vahid mərkəzə çevrilə bilər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC 2016-cı ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olub. Son 1 ildə 3 dövlət komitəsi ləğv edilib:

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.

Politika.Az-ın yaydığı məlumata görə, Dövlət Sərhəd Xidməti Müdafiə Nazirliyinin, Miqrasiya Xidməti Daxili İşlər Nazirliyinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tabeçiliyinə veriləcək.

Azərbaycanda daha çevik idarəetmə institutu formalaşdırmaq üçün bir-birini təkrarlayan nazirliklər, dövlət komitələri, universitetlər və digər dövlət qurumları ixtisar olunaraq birləşdirilməlidir.

Bunu açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycan Prezidentinin Nəqliyyat Nazirliyinin ləğv olunaraq, Rabitə və Yüksək Texnologiyalr Nazirliyi ilə birləşməsi ilə bağlı imzaladığı sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər ölkədə qənatə rejiminə keçmək və çevik idarəetmə mexanizmi yaratmaq istəyiriksə, o zaman ilk növbədə bu islahatlar dövlət strukturlarından başlamalıdır.

1 şərh